Menyu

Pezeşkian: Tramp İranın neft və qazını ələ keçirmək istəyir

Operativ Media
Pezeşkian: Tramp İranın neft və qazını ələ keçirmək istəyir
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp İranın neft-qazını ələ keçirmək istədiyini deyir və Tehranı buna imkan verməməkdə günahlandırır.

Operativ Media IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Milli İxrac Günü ilə bağlı təşkil olunan tədbirdə bildirib.

"Tramp rəsmən deyir ki, İranın neft və qazını istəyirəm, amma onu ələ keçirməyimə imkan vermirlər", - İran Prezidenti qeyd edib.

Onun sözlərinə görə, ABŞ hökuməti İranla bütün əməkdaşlıqları dayandırmaq üçün bəzi ölkələrə təzyiq göstərir:

"Düşünürdülər ki, liderimizi (Əli Xamenei) qətlə yetirməklə ölkəni parçalaya bilərlər".

Əlaqəli Xəbərlər