Menyu

Son 9 ayda qeydə alınan cinayətlərin 93,7 faizi açılıb

Nicat Hüseynli
Son 9 ayda qeydə alınan cinayətlərin 93,7 faizi açılıb
1 dəq oxu

Azərbaycanda son 9 ayda qeydə alınan cinayətlərin 93,7 faizi açılıb, ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin ümumi sayı isə 5,7 faiz azalıb.

Operativ Media  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında qeyd olunub.

Hesabat dövründə ağır və xüsusilə ağır cinayətlər, oğurluq, dələduzluq, quldurluq, xuliqanlıq, eləcə də odlu silahdan istifadə və qrup halında törədilən hüquqazidd əməllərin sayı azalıb.

Həmçinin adam öldürməyə cəhd, sağlamlığa qəsdən ağır və az ağır zərər vurma, hədə-qorxu ilə tələb etmə və avtonəqliyyat vasitələrinin qaçırılması hallarında azalma qeydə alınıb.

Əlaqəli Xəbərlər