Menyu

Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb

Operativ Media
Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
1 dəq oxu

Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması İraqın Süleymaniyə şəhərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilən Asiya Kubokunun ikinci mərhələsində qızıl medal qazanıb.

Operativ Media Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət kollektiv finalda Qazaxıstan yığmasına 5:4 hesabı ilə qalib gəlib.

Azərbaycan yığması qarışıq komanda yarışlarında da uğurlu nəticə göstərib. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran təmsilçilərinə məğlub olaraq ikinci yeri tutublar.

Beləliklə, yığmanın aktivində artıq iki medal - bir qızıl və bir gümüş medal var.

Qeyd edək ki, turnir Ümumdünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan Dünya reytinq turniri (World Ranking Tournament) statusuna malikdir. Bu yarış idmançılara dünya reytinqində xal toplamaq, beynəlxalq mövqelərini möhkəmləndirmək və Yay Olimpiya Oyunlarının təsnifat mərhələləri də daxil olmaqla, qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından dəyərli təcrübə qazanmaq imkanı yaradır.

Əlaqəli Xəbərlər