Menyu

BDYPİ sürücülərə çağırış edib

Operativ Media
BDYPİ sürücülərə çağırış edib
1 dəq oxu

“Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə nəzarət tədbirləri davam etdirilir.

Operativ Media  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti, xüsusilə atmosferə atılan zərərli maddələrin miqdarı yoxlanılır.

Ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılır, aşkar edilən nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi tövsiyə edib.

Qeyd olunub ki, bu, təkcə yol hərəkəti təhlükəsizliyi deyil, həm də ətraf mühitin və insanların sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.

Əlaqəli Xəbərlər