Menyu

İsraildə seçki qutularının sayılması başa çatıb

Nicat Hüseynli
İsraildə seçki qutularının sayılması başa çatıb
1 dəq oxu

İsraildə parlament seçkiləri üzrə seçki qutularının sayılması başa çatsa da, ikiqat zərfli bülletenlərin hesablanması davam edir.

Operativ Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Baş nazir Binyamin Netanyahunun koalisiyası 53, müxalifət partiyaları 48, ərəb partiyaları isə 19 mandat qazanıb.

Nəticələrə görə, heç bir siyasi blok Knessetdə hökumət qurmaq üçün tələb olunan 61 mandat həddinə çata bilməyib.

Əlaqəli Xəbərlər