Menyu

ABŞ Tunisə 25 min ton buğda dəstəyi verib

Nərmin Qocamanlı
ABŞ Tunisə 25 min ton buğda dəstəyi verib

ABŞ quraqlıq və Ukrayna müharibəsi səbəbindən taxıl böhranı yaşayan Tunisə 25 min ton buğda dəstəyi verib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-ın Tunisdəki səfirliyi məlumat yayıb.

"Tunis xalqının Rusiya və Ukrayna arasındakı müharibəsinə görə üzləşdiyi taxıl böhranını dəstəkləmək üçün Tunis Taxıl İdarəsinin koordinasiyası ilə ABŞ və Dünya Bankı tərəfindən verilən 25 min ton buğda Tunis Limanına çatdırıldı", - məlumatda deyilir.

Rəsmi rəqəmlərə görə, Tunis taxıla olan tələbatının 70 faizini idxal edir.  Quraqlıqdan, korona epidemiyasından və Ukrayna müharibəsindən əziyyət çəkən Tunisdə son illər taxıl böhranı yaşanıb.

Son 70 ilin ən quraq illərindən birinin yaşandığı Tunisdə bəndlərin doluluq nisbətləri yüzdə 30-un altında idi.

Teqlər:

"ABŞ Tunisə 25 min ton buğda dəstəyi verib"

Əlaqəli Xəbərlər