Menyu

Azərbaycan-Çin Sənaye Parkının yaradılması müzakirə edilib

Operativ Media
Azərbaycan-Çin Sənaye Parkının yaradılması müzakirə edilib
1 dəq oxu

Azərbaycan-Çin Sənaye Parkının yaradılması müzakirə edilib.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr "CSCEC International" şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşdə baş tutub: "Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan-Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Birgə investisiyaların cəlbi, irimiqyaslı infrastruktur və sənaye layihələrinin həyata keçirilməsində "CSCEC International" şirkətinin təcrübəsindən yararlanmaq imkanlarını da nəzərdən keçirdik".

Əlaqəli Xəbərlər