Menyu

Ravin Alməmmədov dünya çempionatında çıxış edib

Operativ Media
Ravin Alməmmədov dünya çempionatında çıxış edib
1 dəq oxu

Atletimiz Ravin Alməmmədov Çinin Ninqbo şəhərində keçirilən dünya çempionatında çıxış edib.

Bu barədə Operativ Media-ya Azərbaycan Ağırlıqqaldırma Federasiyasından bildirilib.

85 kq çəki dərəcəsində yarışan Ravin, birdən qaldırma hərəkətində 162 kq nəticə göstərib. Təmsilçimiz təkanla qaldırmada 198 kq ağırlığı ram edib. Yekunda Ravin Alməmmədov iki hərəkətin cəmində göstərdiyi 360 kq nəticə ilə yarışı 12-ci yerdə başa vurub.

Qeyd edək ki, Ravin Alməmmədov dünya çempionatında bu çəkidə mübarizə aparan ən gənc atlet olub.

Əlaqəli Xəbərlər