Menyu

Valdas Dambrasukas "Fənərbaxça" iddialarına aydınlıq gətirib

Operativ Media
Valdas Dambrasukas "Fənərbaxça" iddialarına aydınlıq gətirib
1 dəq oxu

"Fənərbaxça"ya getməyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də şayiələri şərh etmık istəmirəm.

Operativ Media xəbər verir ki, bunu "Vikinq"lə oyun haqda "CBC Sport" kanalına açılqmasında "Sabah"ın  baş məşqçisi Valdas Dambrasukas deyib.

Litvalı mütəxəssis Norveçdən sərfəli nəticə ilə qayıtmaq istədiklərini vurğulayıb.

"Əlbəttə Çempionlar Liqasında heç bir oyun asan keçmir. Hazırlaşmaq üçün çox az vaxtımız oldu. Ölkəmizi layiqincə təmsil etmək üçün çalışacağıq. Səfərdən sərfəli nəticə ilə qayıtmağı hədəfləyirik. Rəqibin 14 ev oyununda məğlub olmaması və süni örtüklü meydanda oynamasını bilirik. Biz bu situasiyaların heç birini dəyişə bilmərik. Sadəcə öz oyunumuza köklənməliyik".

Qeyd edək ki, noyabrın 5-i "Sabah" Çempionlar Liqasında liqa mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Vikinq"in qonağı olacaq.

Əlaqəli Xəbərlər