Menyu

Polşanın BMT-dəki daimi nümayəndəsi istefa verib

Operativ Media
Polşanın BMT-dəki daimi nümayəndəsi istefa verib
1 dəq oxu

Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski səlahiyyət müddətinin vaxtından əvvəl başa çatmasını xahiş edib.

Operativ Media xəbər verir ki, bu barədə Polşa XİN-in mətbuat katibi Makey Vevyur açıqlama verib.

Bildirilib ki, bu ay onun missiyası başa çatacaq.

Qeyd edək ki, Polşada Konstitusiya Tribunalının rəhbərliyi ətrafında yaranmış böhran oktyabrın 30-da qarşıdurmaya çevrilib.

Tribunalın sədri Boqdan Şvençkovskinin səlahiyyətlərinin dayandırılmasından sonra bina qarşısında etirazlar keçirilib.

Prezident Karol Navrotski isə baş verənləri konstitusion qurumun zorla ələ keçirilməsi kimi qiymətləndirərək təcili siyasi məsləhətləşmələrə çağırıb.

Əlaqəli Xəbərlər