Menyu

Gələn il üçün DSMF-nin xərclərinin məbləği açıqlanıb

Operativ Media
Gələn il üçün DSMF-nin xərclərinin məbləği açıqlanıb
1 dəq oxu

2027-ci ildə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 9 milyard 272,5 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu göstərici 2026-cı illə müqayisədə 789,4 milyon manat və ya 9,3% çoxdur.

Xərclərin 9 milyard 220,5 milyon manatı Fondun gəlirləri hesabına, 52 milyon manatı isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.

İşsizlikdən sığorta fondunun büdcəsinin xərcləri 319,2 milyon manat (2026-cı illə müqayisədə 52,8 milyon manat və ya 19,8 faiz çox) səviyyəsində proqnozlaşdırılır.

İcbari tibbi sığorta fondunun büdcəsinin xərcləri 2 milyard 980,2 milyon manat səviyyəsində proqnozlaşdırılır. Xərclərin 2 milyard 257,2 milyon manat fondun gəlirləri, 723 milyon manatı isə fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabına qarşılanması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər