Menyu

Gələn il Azərbaycanda əhalinin gəlirlərinin 3,5 faiz artacağı proqnozlaşdırılır

Operativ Media
Gələn il Azərbaycanda əhalinin gəlirlərinin 3,5 faiz artacağı proqnozlaşdırılır
1 dəq oxu

Azərbaycanda 2027-ci ildə əhalinin gəlirlərinin real artım tempinin 3,5 faiz təşkil edəcəyi gözlənilir.

Operativ Media xəbər verir ki, bu proqnoz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, ölkədə iqtisadi fəallığın yüksəlməsi fonunda əhalinin gəlirlərinin real ifadədə artım tempinin 2027-ci ildə 3,5 faiz, 2028-2030-cu illərdə isə orta illik 3,7 faiz səviyyəsində olacağı nəzərdə tutulur.

Əhalinin gəlirlərində gözlənilən artımın xərclərin dinamikasına da təsir edəcəyi proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə əhalinin xərclərinin real artım tempinin 3,6 faiz, 2028-2030-cu illər ərzində isə orta illik 3,7 faiz təşkil edəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər