Menyu

Azərbaycanda uşağın doğulmasına görə müavinət 900 manat artırılır

Operativ Media
Azərbaycanda uşağın doğulmasına görə müavinət 900 manat artırılır
1 dəq oxu

Azərbaycanda uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.

Operativ Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.

Əlaqəli Xəbərlər