Menyu

Gələn il İpoteka və Kredit Zəmanət Fonduna 89 milyon manat ayrılacaq

Operativ Media
Gələn il İpoteka və Kredit Zəmanət Fonduna 89 milyon manat ayrılacaq
1 dəq oxu

2027-ci ilin dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 89 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, ayrılacaq 89 milyon manat Fondun nizamnamə kapitalının artırılmasına yönəldiləcək. Bu vəsait əhalinin mənzilə olan tələbatının qarşılanmasına, eləcə də vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmək imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Bununla yanaşı, gələn ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması ilə bağlı xərclərə 35 milyon manat ayrılması planlaşdırılır.

Qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu istiqamətdə digər tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat vəsait nəzərdə tutulub.

Həmçinin ölkə daxilində istehsal olunan və qiymətləri dövlət tərəfindən tənzimlənən yanacağın Naxçıvan Muxtar Respublikasına daşınması zamanı daşıyıcıların üzləşdiyi əlavə xərclərin qarşılanmasına 10 milyon manat yönəldiləcək.

Əlaqəli Xəbərlər