“Everton” Vitor Roke üçün 50 milyon avro ödəyə bilər
İngiltərənin “Everton” klubu Braziliyanın “Palmeyras” komandasının hücumçusu Vitor Rokeni yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. “Palmeyras” 21 yaşlı braziliyalı futbolçunu 50 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.
Mümkün transfer “Barselona” klubuna da əlavə gəlir qazandıra bilər. Belə ki, Kataloniya təmsilçisi futbolçunun iqtisadi hüquqlarının 20 faizini özündə saxlayıb. Vitor Roke 2025-ci ilin fevralında 25,5 milyon avro və bonuslar qarşılığında “Palmeyras”a keçib. Transferin 50 milyon avroya reallaşacağı təqdirdə “Barselona” 10 milyon avro əldə edəcək.
Baş məşqçi Devid Moyesin rəhbərliyi altında çıxış edən “Everton” hücum xəttini gücləndirmək istəyir. Klub Vitor Rokeni Tierno Barrinin alternativi kimi nəzərdən keçirir.
Bundan başqa, “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” də əvvəllər braziliyalı hücumçuya maraq göstərib. Lakin hələlik rəsmi təklif irəli sürülməyib.
Qeyd edək ki, Vitor Roke 2026-cı ildə keçirdiyi 39 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 38 milyon avro qiymətləndirir.