Menyu

Baytarlıq şəhadətnaməsinin rüsumu ləğv edilir, pasportun qiyməti artırılır

Operativ Media
Baytarlıq şəhadətnaməsinin rüsumu ləğv edilir, pasportun qiyməti artırılır
1 dəq oxu

Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir, baytarlıq pasportunun verilməsi üçün rüsum isə 20 manatdan 30 manata qaldırılır.

Operativ Media xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, hazırda baytarlıq şəhadətnaməsinin verilməsinə görə müəyyən edilmiş 10 manatlıq dövlət rüsumu ləğv olunacaq.

Qeyd olunur ki, şəhadətnamələrin ödənişli əsaslarla alınması sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü və digər xərclər yaradır. Bu isə heyvan mənşəli məhsulların maya dəyərinə və satış qiymətlərinə təsir göstərir. Qiymət artımının qarşısını almaq məqsədilə rüsumun ləğvi təklif olunur.

Eyni zamanda, baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması nəzərdə tutulur.

Bildirilib ki, ev heyvanlarının xarici ölkəyə aparılması müvafiq baytarlıq pasportunun tərtib olunması ilə həyata keçirilir.

2024-cü ildə 2 073, 2025-ci ildə isə 2 114 müraciət üzrə baytarlıq pasportu təqdim olunub.

Müraciətlərin sayı, pasportun verilməsi üçün sərf olunan maliyyə resursları və digər xərclərin artması rüsumun 30 manata çatdırılması təklifini zəruri edib.

Əlaqəli Xəbərlər