Menyu

Mirzoyan: Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyirik

Operativ Media
Mirzoyan: Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyirik
1 dəq oxu

Ermənistan Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasını və ratifikasiyasını hədəfləyir.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2027-ci il dövlət büdcəsinin ilkin müzakirələri çərçivəsində parlamentin bir neçə daimi komitəsinin birgə iclasında bildirib.

Nazir qeyd edib ki, Ermənistanın 2027-ci ildə xarici siyasətinin əsas prioritetlərindən biri regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması olacaq.

Onun sözlərinə görə, Ermənistanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, dövlətin davamlılığının təmin edilməsi də əsas məqsədlər sırasındadır. Bu istiqamətdə diqqət mərkəzində ölkənin dörd qonşusu olacaq.

Mirzoyan bildirib ki, 2027-ci ildə Ermənistanın xarici siyasəti müəyyən dəyişikliklər və yeni prioritetlərlə 2026-cı ildə həyata keçirilən siyasətin məntiqi davamı olacaq.

O, həmçinin TRIPP layihəsi və digər proqramlar çərçivəsində Azərbaycan yüklərinin Ermənistan ərazisindən tranzit keçəcəyinə əminliyini ifadə edib.

Əlaqəli Xəbərlər