Menyu

Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

Operativ Media
Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
1 dəq oxu

2027-ci ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün 600 mənzilin alınması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları davam etdiriləcək.

Onun sözlərinə görə, 2027-ci ildə 600 mənzilin alınması üçün 40 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün 30 milyon manatdan çox vəsait ayrılması planlaşdırılır.

Əlaqəli Xəbərlər