Gələn il orta aylıq pensiya nə qədər olacaq? - MƏBLƏĞ
Gələn il orta aylıq pensiyanın 640 manata çatacağı proqnozlaşdırılır.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosial rifahın yüksəldilməsinə xidmət edəcək.
O qeyd edib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılacağını bəyan etməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Musa Quliyevin sözlərinə görə, 2026-cı ildə ölkənin əldə etdiyi iqtisadi uğurlar 2027-ci ildə sosialyönümlü büdcə siyasətinin davam etdirilməsi üçün əlverişli zəmin yaradıb.
Deputat vurğulayıb ki, nəzərdə tutulan artımlar əhalinin gəlirlərinin yüksəlməsinə və sosial rifahının yaxşılaşmasına töhfə verəcək.
O əlavə edib ki, gələn il orta aylıq pensiyanın 45 manat artırılaraq 640 manat olacağı proqnozlaşdırılır.