Menyu

Danilo zədə səbəbindən Braziliya millisinin heyətindən çıxarılıb

Operativ Media
Danilo zədə səbəbindən Braziliya millisinin heyətindən çıxarılıb
1 dəq oxu

"Botafogo”nun yarımmüdafiəçisi Danilo zədə səbəbindən Braziliya millisinin noyabr ayı üçün açıqlanan heyətindən kənarlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb. 24 yaşlı futbolçu Yaponiya və Sinqapur yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərində iştirak edə bilməyəcək.

Beləliklə, baş məşqçi Karlo Ançelottinin sərəncamında 25 futbolçu qalıb. Danilo millinin heyətinə cəlb olunan Braziliya klublarının altı təmsilçisindən biri idi.

Braziliya millisi noyabrın 14-də Yaponiya, 17-də isə Sinqapur yığması ilə qarşılaşacaq. Hər iki oyun Sinqapurda keçiriləcək.

Qeyd edək ki, Danilo Braziliya millisinin heyətində keçirdiyi 11 matçda 2 qol vurub.

Əlaqəli Xəbərlər