Menyu

Putin gələn həftə Ərdoğanla videokonfrans keçirəcək

Nərmin Qocamanlı
Putin gələn həftə Ərdoğanla videokonfrans keçirəcək
1 dəq oxu

Rusiya prezidenti Vladimir Putin gələn həftə videokonfrans üsulu ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirak edəcək.  

"Operativ Media" xəbər verir ki, bu barədə Rossiya-1” dövlət televiziyasında yayımlanan proqramda bildirilib.

Ərdoğan daha əvvəl Putinin Akkuyu Atom Elektrik Stansiyasına yanacaq nəqlinin aparılacağı mərasimə videokonfrans vasitəsilə qatılacağını bildirmişdi.  Mərasim aprelin 27-də baş tutacaq.  Nüvə yanacağının ötürülməsi ilə Akkuyu texniki cəhətdən fəaliyyətə başlayacaq.

Əlaqəli Xəbərlər