Menyu

Bakıda narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

Operativ Media
Bakıda narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
1 dəq oxu

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücü saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, "QAZ 3110" markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyevin hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Onun narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla N.Mehdiyev,

45 sutka inzibati qaydada həbs edilib.

Əlaqəli Xəbərlər