Menyu

Rauf Cabarov: Süni intellekt gələcək iqtisadiyyatın formalaşmasına ciddi təsir göstərəcək

Şəfa Hüseynli
Rauf Cabarov: Süni intellekt gələcək iqtisadiyyatın formalaşmasına ciddi təsir göstərəcək
1 dəq oxu

Süni intellekt texnologiyalarının sürətli inkişafı gələcək iqtisadiyyatın formalaşmasına ciddi təsir göstərəcək.

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov II Süni İntellekt Zirvəsində bildirib.

O qeyd edib ki, texnologiyanın uzunmüddətli nəticələrini və iqtisadiyyata real töhfəsini indidən dəqiq qiymətləndirmək çətindir.

İcraçı direktor qeyd edib ki, son illərdə süni intellekt sahəsində baş verən sürətli inkişafın əsas səbəblərindən biri texnoloji imkanların dəyişməsi, xüsusilə qrafik prosessorların təkmilləşdirilməsi olub.

Bildirilib ki, texnologiya sahəsinə böyük həcmdə investisiyalar yönəldilir və “Möhtəşəm yeddilik” kimi tanınan aparıcı texnologiya şirkətlərinin bazar dəyəri təxminən 20 trilyon dollara yaxınlaşır.

Əlaqəli Xəbərlər