Menyu

Azərbaycan və Böyük Britaniya təhsil və innovasiya sahəsində əməkdaşlığı genişləndirəcək

Operativ Media
Azərbaycan və Böyük Britaniya təhsil və innovasiya sahəsində əməkdaşlığı genişləndirəcək
1 dəq oxu

Azərbaycan və Böyük Britaniya təhsil, elm, tədqiqat və innovasiya sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu məsələlər Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə əksini tapıb.

Sənədə əsasən, tərəflər ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, eləcə də dövlət sektorunda təlim sahələrində əməkdaşlığı genişləndirəcəklər.

Bəyannamədə süni intellekt, rəqəmsal idarəetmə və yeni texnologiyalar üzrə təcrübə mübadiləsinin təşviqi də nəzərdə tutulur. Həmçinin universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın inkişaf etdirilməsi, həyat elmləri və innovasiya sahələrində birgə fəaliyyətin gücləndirilməsi planlaşdırılır.

Bundan başqa, tərəflər iki ölkənin vətəndaşları arasında qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin gücləndirilməsi, eləcə də uzunmüddətli əməkdaşlığa xidmət edən peşəkar şəbəkələrin və insanlararası mübadilələrin təşviqinə çalışacaqlar.

Əlaqəli Xəbərlər