Menyu

ABŞ Senatı Nvidia-nın keçmiş rəhbərini Çin casusluğu iddiaları ilə bağlı dinləməyə çağırıb

Operativ Media
ABŞ Senatı Nvidia-nın keçmiş rəhbərini Çin casusluğu iddiaları ilə bağlı dinləməyə çağırıb
1 dəq oxu

ABŞ Senatının Bankçılıq Komitəsinin sədri Tim Skott Nvidia şirkətinin keçmiş baş direktoru Censen Huana dekabrın 3-də açıq dinləmələrdə iştirak etmək üçün məktub göndərib.

Operativ Media xəbər verir ki, dinləmələr Huana qarşı Çin kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən qadınla münasibətləri barədə mediada yayılan məlumatlarla bağlı keçiriləcək.

Tim Skott məktubunda məsələni milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğuran hal kimi qiymətləndirib. O, Huanga könüllü şəkildə dinləmələrdə iştirak etməyi təklif edib və gəlməyəcəyi təqdirdə məhkəmə yolu ilə rəsmi çağırış göndərilə biləcəyini bildirib.

Sənəddə “The New York Times” və “The Wall Street Journal” nəşrlərinin həmin qadının Çin kəşfiyyatı tərəfindən cəlb edildiyi barədə iddialarına istinad olunub.

Əlaqəli Xəbərlər