Menyu

Göygöldə kişi meyiti tapılıb

Operativ Media
Göygöldə kişi meyiti tapılıb
1 dəq oxu

Göygöldə yaşlı kişinin meyiti tapılıb.

Operativ Media xəbər verir ki, hadisə rayonun Hacıməlik qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 1992-ci il təvəllüdlü M. Hüseynovun meyiti kəndin açıq ərazisində aşkarlanıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, 84 yaşlı kişi noyabrın 8-də itkin düşüb.

O, Astara rayonundan Gəncə şəhərində hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasiminə gəlibmiş.

Əlaqəli Xəbərlər