24 Oktyabr 2022, 13:48
İran XİN hərbçilərinin Krımda olması xəbərini təkzib edib
İran XİN hərbçilərinin Krımda olması xəbərini təkzib edib şəkil
İran XİN hərbçilərinin Krımda olması xəbərini təkzib edib

İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani ölkəsinin Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələr göndərmələri ilə bağlı ittihamlarına münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, Kənani bildirib ki, Amerika və Avropa Ukraynada müharibənin başlamasına şərait yaratdıqdan sonra indi də İranı münaqişə tərəflərindən birini dəstəkləməkdə ittiham edirlər.

“Biz Ukrayna məsələsində müharibənin tərəfi deyilik və tərəflərə silah ixrac etmirik. İran və Rusiya münasibətləri müxtəlif sahələrdə hərtərəfli inkişaf edən və tərəflərin maraqlarına əsaslanan əlaqələrdir və heç bir beynəlxalq tendensiya ilə ziddiyyət təşkil etmir. İran və Rusiya arasındakı münasibətlər heç bir beynəlxalq qanunları pozmur. İran İslam Respublikası bu cür piarlara məğlub olmayacaq”, - Nasir Kənani qeyd edib.

O, İran hərbçilərinin Krımda olması xəbərini də təkzib edib: “Bu kimi yalan xəbərlər diqqəti Qərbin Ukraynadakı müharibədə dağıdıcı rolundan yayındırmaq üçün vasitədir”.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır