Menyu

ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi rabitə şəbəkəsində nasazlıq yaranıb

Operativ Media
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi rabitə şəbəkəsində nasazlıq yaranıb
1 dəq oxu

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşlarının məxfi məlumat mübadiləsi üçün istifadə etdiyi daxili rabitə şəbəkəsində texniki problem yaranıb.

Operativ Media xəbər verir ki, bu barədə CNN telekanalı “NSA Net” adlı məxfi şəbəkəsində nasazlıq qeydə alındığını bildirib.

Bu şəbəkə NSA əməkdaşlarına məxfi məlumatları təhlükəsiz şəkildə ötürmək imkanı verir.

Mənbələrin məlumatına görə, hazırda nasazlığın kiberhücum nəticəsində baş verdiyini göstərən hər hansı əlamət yoxdur.

Şəbəkədə yaranan problemin səbəbləri və sistemin nə vaxt tam bərpa ediləcəyi barədə hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, son günlər ABŞ-nin bir sıra dövlət qurumlarının və iri şirkətlərinin informasiya sistemlərində də texniki problemlər yaşanıb.

Əlaqəli Xəbərlər