Menyu

Antonio Tayani: Azərbaycan-Ermənistan sülh sazişi Avropada sabitlik üçün mühüm əhəmiyyət daşıyır

Nərmin Qocamanlı
Antonio Tayani: Azərbaycan-Ermənistan sülh sazişi Avropada sabitlik üçün mühüm əhəmiyyət daşıyır
1 dəq oxu

İtaliya Azərbaycan-Ermənistan arasında sülh sazişinin regionda və Avropada sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını düşünür.

Operativ Media xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşması bu istiqamətdə əhəmiyyətli addımdır.

Tayani bildirib ki, sülh və sabitlik həm regionun, həm də Avropanın təhlükəsizliyinə, iqtisadi inkişafına və investisiya imkanlarına müsbət təsir göstərir.

Onun sözlərinə görə, sabit mühit investorların fəaliyyətlərini planlaşdırmasına, biznes imkanlarının genişləndirilməsinə və məhsuldarlığın artmasına şərait yaradır.

Əlaqəli Xəbərlər