Menyu

Bakıda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Operativ Media
Bakıda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
1 dəq oxu

Bakı şəhərinin Suraxanı rayonunda 354 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Bu barədə Operativ Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, bağçanın açılış mərasimində BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. O, məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet sahələrdən biri olduğunu vurğulayaraq, bu istiqamətdə təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini diqqətə çatdırıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva dövlətimizin baççısının müvafiq sərəncamları və diqqəti sayəsində məktəbəqədər təhsil müəssisələrində təmir-tikinti işlərinin davamlı həyata keçirilməsinin uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.

BŞTİ-nin Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov isə paytaxtda uşaq bağçalarının müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlərdən danışıb, məktəbəqədər təhsil müəssisələrinin inşası sahəsində fəaliyyətin genişləndirildiyini qeyd edib.

Qeyd olunub ki, 230 yerlik 354 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 11 pedaqoji işçi məşğul olacaq.

Fotogalereya

Əlaqəli Xəbərlər