Menyu

Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndiririk

Nərmin Qocamanlı
Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndiririk
1 dəq oxu

“Azərbaycan tərəfi sülh sazişinə son imzanı Ermənistanın əsas qanununda ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra atmağa hazırdır”.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, Vaşinqton sammitində paraflanan sülh sazişi ictimaiyyətə açıqdır, həm Azərbaycanda, həm də Ermənistanda dərc olunub. Sazişin preambulası və 17 maddəsi beynəlxalq hüququn universal norma və prinsiplərinə əsaslanır.

Nazir bildirib ki, Ermənistanın konstitusiya məsələsi həmin ölkənin daxili işidir və Azərbaycan bu prosesə müdaxilə etmək niyyətində deyil. Bakı üçün əsas məsələ yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer almamasıdır.

Ceyhun Bayramov Ermənistanın baş nazirinin yeni konstitusiya layihəsini ictimai müzakirəyə təqdim etməsini qeyd edərək, layihədə Azərbaycana qarşı ərazi iddialarının əks olunmamasını müsbət inkişaf kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər