Menyu

Dilarə Ağayeva: “Növbəti yarışlarda daha yaxşı çıxış etmək istəyirik”

Operativ Media
Dilarə Ağayeva: “Növbəti yarışlarda daha yaxşı çıxış etmək istəyirik”
1 dəq oxu

“Turnirdə əsas məqsədimiz hər oyunda sona qədər mübarizə aparmaq idi. Düşünürəm ki, komanda olaraq bunu bacardıq və hər qarşılaşmada qələbə üçün əlimizdən gələni etdik”.

Operativ Media xəbər verir ki, bunu 16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisinin kapitanı Dilarə Ağayeva yarışın yekunları ilə bağlı danışarkən deyib.

O, qrup mərhələsində Estoniya və Ukrayna yığmalarına məğlub olsalar da, hər iki görüşdə yaxşı mübarizə apardıqlarını bildirib.

Dilarə Ağayeva qrupdakı nəticələrin komandalar arasında rəqabətin yüksək olduğunu göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Litva Ukrayna və Estoniyaya qalib gəlib, Azərbaycan isə Litva və Gürcüstan yığmalarını məğlub edib.

Kapitan qeyd edib ki, turnirdə qarşıya qoyulan məqsədlərin bir qisminə nail olublar. Bununla yanaşı, daha yaxşı nəticə əldə etmək imkanlarının olduğunu düşünür.

Ağayeva yarışın komanda üçün faydalı təcrübə qazandırdığını bildirib. O, növbəti turnirlərdə daha yaxşı çıxış etmək üçün səhvlər üzərində işləyəcəklərini və hazırlıqlarını davam etdirəcəklərini vurğulayıb.

Əlaqəli Xəbərlər