Menyu

Lamin Yamal “Sabah”la oyunu buraxacaq

Operativ Media
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
1 dəq oxu

“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının V turunda “Sabah”la keçiriləcək matçda iştirak etməyəcək.

Operativ Media xəbər verir ki, ispaniyalı futbolçu sağ topuğunda narahatlıq hiss edir. Ehtiyat tədbiri olaraq onun Bakıdakı qarşılaşmada meydana çıxmaması qərara alınıb.

Bununla belə, Yamalın gələn bazar günü “Deportivo” ilə görüşdə oynamaq imkanı olacaq.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

Əlaqəli Xəbərlər