Menyu

Aİ-dən Moldovaya 40 milyon avroluq yardım

Aİ-dən Moldovaya 40 milyon avroluq yardım

Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurası Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku keçirdiyi mətbuat konfransında deyib.

"Avropa Sülh Fondundan 40 milyon avro yardım göstəriləcək. Aİ-nin davamlı dəstəyinə görə minnətdarlığımı bildirdim və ölkənin Avropa Birliyinə daxil olması üçün eyni əzmlə işləməyə davam edəcəyimizi vurğuladım", - Popesku deyib.

Moldova artıq ötən il Avropa Sülh Fondundan ölkənin silahlı qüvvələrinə və təhlükəsizlik qüvvələrinə dəstək üçün 40 milyon avroya yaxın vəsait alıb.

Vəsaitlərin bir hissəsi haker hücumlarından qorunmaq üçün hərbi maşınların, mühəndis avadanlıqlarının, rabitə vasitələrinin və proqram təminatının alınması üçün nəzərdə tutulub.

Teqlər:

"Aİ-dən Moldovaya 40 milyon avroluq yardım"

Əlaqəli Xəbərlər