Menyu

Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib

Operativ Media
Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib
1 dəq oxu

Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) nöqsanlar aşkar edib.

Operativ Media Palataya istinadən xəbər verir ki,  bu barədə qurumun sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında məlumat verilib. Auditor Vüqar İbrahimovun təqdim etdiyi - Agentliyə ayrılan dövlət investisiyalarının (seçmə qaydada) auditinin nəticələrinə dair Auditor hesabatı müzakirə olunub.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.

Əlaqəli Xəbərlər