Menyu

Səudiyyə Ərəbistanı Sudandan 62 ölkədən 2000-dən çox insanı təxliyə edib

Nərmin Qocamanlı
Səudiyyə Ərəbistanı Sudandan 62 ölkədən 2000-dən çox insanı təxliyə edib

Səudiyyə Ərəbistanı Sudandan 114-ü öz vətəndaşı olmaqla ümumilikdə 2148 nəfəri təxliyə edib.

"Operativ Media" xəbər verir ki, ölkənin Rəsmi SPA agentliyində yer alan xəbərə görə, Sudandan təxliyə edilən 13-ü Səudiyyə Ərəbistanı vətəndaşı olan daha 1687 nəfər səhər saatlarında gəmi ilə Ciddəyə çatıb.

Sudanda qarşıdurma başlayandan bəri Ər-Riyad administrasiyası tərəfindən təxliyə edilənlərin sayı ümumilikdə 2148 nəfərə çatıb ki, onlardan 114-ü Səudiyyə Ərəbistan vətəndaşıdır.

Bildirilib ki, vətəndaşları təxliyyə edilən 62 ölkə arasında Avropa, Asiya və Afrikadan müxtəlif ölkələrlə yanaşı, ABŞ, İngiltərə, Türkiyə, Cənubi Koreya, Efiopiya, Pakistan vətəndaşları da var.

Teqlər:

"Səudiyyə Ərəbistanı Sudandan 62 ölkədən 2000-dən çox insanı təxliyə edib"

Əlaqəli Xəbərlər