Menyu

Kuba sahillərində yük gəmisi batıb

Nicat Hüseynli
Kuba sahillərində yük gəmisi batıb
1 dəq oxu

Panama bayrağı altında üzən yük gəmisi Kubanın qərb sahillərində batıb, bir nəfər ölüb, üç nəfər itkin düşüb.

Operativ Media  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində 16 Misir və İndoneziya vətəndaşı olub. Onlardan 13-ü xilas edilib, lakin bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

“İtkin düşən dənizçilərin axtarışı davam edir. Qəzanın səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər