Menyu

Pakistanın XİN: Pakt üzvləri Səudiyyə Ərəbistanının təhlükəsizliyini gücləndirməyə sadiqdir

Nicat Hüseynli
Pakistanın XİN: Pakt üzvləri Səudiyyə Ərəbistanının təhlükəsizliyini gücləndirməyə sadiqdir
1 dəq oxu

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın Məkkə müdafiə paktı çərçivəsində regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək rütbəli rəsmilərinin bu gün keçirilən Məkkə müdafiə paktı iclasında danışıb.

Darın sözlərinə görə, paktın siyasi və müdafiə komitəsinin iclasında regiondakı təhlükəsizlik vəziyyəti nəzərdən keçirilib və məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Komitə üzvləri Səudiyyə Ərəbistanının təhlükəsizliyini və suverenliyini gücləndirməyə sadiq olduqlarını bəyan ediblər.

Əlaqəli Xəbərlər