Menyu

Polis əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb

Operativ Media
Polis əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
1 dəq oxu

Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb.

Operativ Media xəbər verir ki, Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev, E.Zeynalov, F.İbadlı və S.Musayeva saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram 200 qram narkotik maddə, həmçinin 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.

Əlaqəli Xəbərlər