Menyu

Messi və Ronaldo Tevesin vida matçında görüşə bilər

Operativ Media
Messi və Ronaldo Tevesin vida matçında görüşə bilər
1 dəq oxu

“İnter Mayami”nin hücumçusu Lionel Messi argentinalı sabiq futbolçu Karlos Tevesin vida matçında meydana çıxacaq.

Operativ Media xəbər verir ki, AS nəşrinin məlumatına görə, qarşılaşma dekabrın 20-də Buenos-Ayresdə yerləşən “Boka Xuniors” klubunun ev stadionu “La Bombonera”da keçiriləcək.

2021-ci ildə faktiki olaraq peşəkar karyerasını başa vuran 42 yaşlı Karlos Teves “Adios Apache” adlı vida tədbiri təşkil edib. Bu oyun vasitəsilə azarkeşlər onun uzun illər birlikdə çıxış etdiyi futbolçularla bir meydanda son dəfə mübarizəsini izləyə biləcəklər.

Matçda Xuan Roman Rikelme, Rio Ferdinand, Serxio Aquero, Martin Palermo, Canluici Buffon və Leandro Paredesin də iştirakı gözlənilir. “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldunun da qarşılaşmaya qoşula biləcəyi iddia olunur. O, 2007–2009-cu illərdə “Mançester Yunayted”də Teveslə komanda yoldaşı olub.

Karlos Teves karyerası ərzində “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və “Şanxay Şenhua” klublarında çıxış edib.

O, Argentina çempionluğunu beş, İngiltərə çempionluğunu üç, İtaliya çempionluğunu iki, Braziliya çempionluğunu isə bir dəfə qazanıb.

Əlaqəli Xəbərlər