Menyu

Serbiyanın hakim partiyası prezident seçkilərinə namizədini müəyyənləşdirib

Nicat Hüseynli
Serbiyanın hakim partiyası prezident seçkilərinə namizədini müəyyənləşdirib
1 dəq oxu

Serbiyanın hakim “Tələbə Siyahısı” partiyası dekabrın 27-də keçiriləcək prezident seçkilərində Radomir Saiçiçin namizədliyini irəli sürüb.

Operativ Media xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Nevena Miyayloviç mətbuat konfransında bildirib.

“65 yaşlı Saiçiç Belqrad Universitetinin Kimya fakültəsinin professoru, Serbiya Elm və İncəsənət Akademiyasının üzvü və kimya üzrə elmlər doktorudur. O, həmçinin “Tələbə Siyahısı” partiyasının təsisçilərindən biridir”, - məlumatda qeyd olunub. 

Əlaqəli Xəbərlər