Menyu

Estoniya Azərbaycanla Aİ çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Operativ Media
Estoniya Azərbaycanla Aİ çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
1 dəq oxu

Estoniya Azərbaycanla Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsini, xüsusilə ticarət, enerji və kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafını dəstəkləyir.

Operativ Media xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O, Azərbaycan-Avropa İttifaqı münasibətlərində irəliləyişlərin olduğunu qeyd edərək, Estoniyanın bu istiqamətdə fəal iştirak etməyə hazır olduğunu vurğulayıb.

Nazir bildirib ki, Avropa İttifaqı Azərbaycanla kənd təsərrüfatı sahəsində daha geniş əməkdaşlıqda, eləcə də ticarət, enerji və digər istiqamətlərdə əlaqələrin inkişafında maraqlıdır.

Marqus Tsahkna həmçinin Estoniyanın Ukrayna ilə birlikdə gələn il Ukrayna konfransını təşkil edəcəyini bildirib. O, tədbirin beynəlxalq əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakından məmnunluğunu ifadə edib.

Estoniya XİN rəhbəri Ukraynaya dəstəyin, sülhün əldə olunmasının və ölkənin mövcud çətinlikləri geridə qoymasının vacibliyini vurğulayıb.

O, Azərbaycan və Estoniya arasında artıq yaxşı münasibətlərin olduğunu deyərək, qarşılıqlı səfərlərin və əlaqələrin daha da artırılmasına çağırıb. Tsahkna azərbaycanlı tələbələrin Estoniyada təhsil almasından məmnunluğunu ifadə edib, eyni zamanda daha çox estoniyalının Azərbaycana səfər etməsini arzuladığını bildirib.

“Estoniyada belə deyirik: Estoniya ilə dostluq edən, əbədi dost qazanır. Siz hər dəfə bura gələndə özünüzü evinizdəki kimi hiss edəcəksiniz”, – nazir əlavə edib.

Əlaqəli Xəbərlər