Menyu

Azərbaycan boksçuları İstanbulda IBA Prezident kubokunda yarışacaqlar

Operativ Media
Azərbaycan boksçuları İstanbulda IBA Prezident kubokunda yarışacaqlar
1 dəq oxu

Azərbaycanın 10 boksçusu bu gün Türkiyənin İstanbul şəhərində start götürəcək IBA Prezident kubokunda mübarizə aparacaq.

Operativ Media xəbər verir ki, idmançılar yarışda böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyev və Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.

Məşqçilər korpusu turnirdə Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev və Nicat Hüseynova (hər ikisi 52 kq), Amin Məmmədzadəyə (55 kq), Məhəmmədəli Aşırəliyev və Tayfur Əliyevə (hər ikisi 60 kq), Malik Həsənov və Zaur Qəhrəmanova (hər ikisi 65 kq), Sərxan Əliyevə (70 kq), eləcə də Seyid Seyidova (85 kq) şans verəcək.

Yarışın qalibləri dekabrın 4-də müəyyənləşəcək.

Qeyd edək ki, Fuad Aslanov və Rövşən Qədirov İstanbulda keçiriləcək turnirdə Azərbaycanı hakim kimi təmsil edəcəklər.

Əlaqəli Xəbərlər