Menyu

Slovakiyanın Baş prokuroru "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Operativ Media
Slovakiyanın Baş prokuroru "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
1 dəq oxu

Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və təqdimat edib.

ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində Azərbaycanın 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Əlaqəli Xəbərlər