Menyu

Aydın Əlibəyov Moskvada keçirilən beynəlxalq turnirin qalibi olub

Operativ Media
Aydın Əlibəyov Moskvada keçirilən beynəlxalq turnirin qalibi olub
1 dəq oxu

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən beynəlxalq turnirin qalibi olub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.

"Vivat Rossiya" atçılıq mərkəzində təşkil olunan yarışda A.Əlibəyov 4 cavan atla çıxış edib.

O, turnirin ilk günündə dörd yaşlı atların mübarizəsində "Virakoça S" ləqəbli atla 92 faiz nəticə ilə birinci, "Belle Fleur" (84,4) atı ilə isə üçüncü yeri tutub.

İdmançı yarışların ilk günündə 5 yaşlı atlarla da mübarizə aparıb və ilk iki yerə sahib olub. "Roxuş" (83,6) atının çempion olduğu kateqoriyada, "Dancing Rose" (82,2) ikinci nəticə göstərib.

A.Əlibəyov 4 yaşlı atların mübarizəsində "Virakoça S" (91) və "Belle Fleur" (83,6) atları ilə üçüncü olub. 5 yaşlı atların yarışında isə "Dancing Rose" (83,4) gümüş, "Roxuş" isə (81,6) bürünc medala layiq görülüb.

İki günün nəticəsinə görə cavan atların yarışında turnirin həm fərdi yarışlarında həm mütləq mübarizəsində qalib adını da məhz Aydın Əlibəyov qazanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər