Menyu

Norveçə məxsus Norse Atlantic Airways uçuşlarını dayandırmaq məcburiyyətində qalıb

Nicat Hüseynli
Norveçə məxsus Norse Atlantic Airways uçuşlarını dayandırmaq məcburiyyətində qalıb
1 dəq oxu

Norveçin “Norse Atlantic Airways” aviaşirkəti artan yanacaq xərcləri və sərnişin tələbatının azalması səbəbindən bütün uçuşlarını ləğv edib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, İran müharibəsi fonunda aviasiya yanacağının bahalaşması şirkətin maliyyə vəziyyətini ağırlaşdırıb və onu müflislik təhlükəsi ilə üz-üzə qoyub.

Ləğv edilən reyslər arasında Londondan Tailand, Cənubi Afrika və ABŞ-a planlaşdırılan uçuşlar da var. Şirkət sərnişinlərə hava limanlarına getməməyi və bilet, sığorta və ya kredit kartı xidmətləri göstərən qurumlarla əlaqə saxlamağı tövsiyə edib.

Əlaqəli Xəbərlər