Menyu

İraq-Türkiyə neft boru kəmərinin fəaliyyəti bərpa olunur

Nicat Hüseynli
İraq-Türkiyə neft boru kəmərinin fəaliyyəti bərpa olunur
1 dəq oxu

İraq 12 ildir fəaliyyət göstərməyən İraq-Türkiyə neft boru kəmərini yenidən istismara vermək üçün işlərə başlayıb. Kəmərin ilkin mərhələdə gündəlik 300 min, sonrakı mərhələdə isə 500 min barrel neft nəqli gücünə çatdırılması planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kəmərin bərpası yerli mühəndis və texniki heyətlər tərəfindən həyata keçirilir. Layihənin İraqın neft ixracı imkanlarını artıracağı və ixrac marşrutlarını şaxələndirəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər