Menyu

Slovakiyada yanğın nəticəsində 3 uşaq ölüb

Nicat Hüseynli
Slovakiyada yanğın nəticəsində 3 uşaq ölüb
1 dəq oxu

Slovakiyanın Preşov bölgəsində Roma icmasının yaşadığı məskəndə baş verən yanğın nəticəsində 3 uşaq ölüb, 14 ev yararsız hala düşüb.

Operativ Media xəbər verir ki, bu barədə bu barədə xarici KİV məlumat yayıb.

"Hadisə nəticəsində təxminən 50-si uşaq olmaqla, onlarla sakin evsiz qalıb. Zərərçəkənlərə müvəqqəti yaşayış yeri, ərzaq və geyimlə yardım göstərilir", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər