Menyu

ASK beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir - FOTO

Operativ Media
ASK beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir - FOTO
1 dəq oxu

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir.

Operativ Media xəbər verir ki, növbəti mühüm addım olaraq, noyabrın 26-da Kot-d’İvuar Respublikasının "Nouveau Regard Ivoirien" (NRI – Fildişi Sahilindən Yeni Baxış) təşkilatı ilə onlayn görüş keçirilib və tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədi ASK tərəfindən Baş katib Ziya Hacılı, qarşı tərəfdən isə NRI təşkilatının prezidenti Mohamed Bakayoko imzalayıb. Görüş zamanı cənab Bakayoko bu addımın iki ölkənin işgüzar dairələri arasında münasibətlərin qurulmasında mühüm mərhələ olduğunu vurğulayıb və gələcəkdə tərəfdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, bu memorandum bundan əvvəl ASK-da keçirilmiş işgüzar görüşün məntiqi davamıdır. Belə ki, əvvəlki müzakirələr zamanı iki ölkə arasında ticarət dövriyyəsinin cari vəziyyəti, əsas idxal-ixrac istiqamətləri və yeni investisiya imkanları dəyərləndirilmişdi. Xüsusilə dünyada aparıcı kakao və əhəmiyyətli keşyu ixracatçısı olan Kot-d’İvuarın Azərbaycan sahibkarları üçün yaratdığı potensiallar, eləcə də xarici investorlar üçün tətbiq olunan dövlət güzəştləri diqqət mərkəzində olmuşdu.

İmzalanan Əməkdaşlıq Memorandumu tərəflər arasında iqtisadi, ticarət və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsinə, eləcə də iş adamları arasında birbaşa əlaqələrin sistemli şəkildə inkişafına geniş imkanlar açacaq.

Əlaqəli Xəbərlər