Menyu

ABŞ Bəhreyndəki hərbi bazasından qüvvələrinin böyük hissəsini çıxarıb

Operativ Media
ABŞ Bəhreyndəki hərbi bazasından qüvvələrinin böyük hissəsini çıxarıb
1 dəq oxu

ABŞ İranın zərbələri nəticəsində Bəhreyndəki hərbi obyektlərindən personalının böyük hissəsini başqa yerlərə köçürməyə məcbur olub. Bu obyektlərə dəyən ziyanın təxminən 400 milyon dollar olduğu bildirilir.

Operativ Media xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzetində dərc olunan materialda qeyd olunub.

Nəşrin məlumatına görə, əvvəllər Bəhreyndə yerləşdirilmiş 8 mindən çox ABŞ hərbçisindən hazırda yalnız az bir qismi qalıb. Hərbi bazanın gələcək fəaliyyəti və ABŞ-ın Fars körfəzi regionundakı mövcudluğu ilə bağlı qeyri-müəyyənlik davam edir.

Konqresin qiymətləndirmələrinə əsasən, İranın hücumları nəticəsində Bəhreyndəki ABŞ hərbi obyektlərinə təxminən 400 milyon dollar dəyərində ziyan dəyib.

Qəzet yazır ki, yerli əhalinin bir hissəsi ABŞ hərbçilərinin ölkədəki mövcudluğunun Bəhreyni daha təhlükəsiz edib-etmədiyini, yoxsa əksinə, hücumlar qarşısında daha həssas vəziyyətə saldığını sual edir.

Pentaqonda da bazanın nə vaxt əvvəlki fəaliyyət rejiminə qayıdacağı, ümumiyyətlə, bunun mümkün olub-olmayacağı barədə dəqiq məlumat yoxdur. Nəşr daha əvvəl ABŞ qüvvələrinin regionda İsrailə və ya İordaniyaya köçürülməsi ehtimalının müzakirə edildiyini yazıb.

Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı yerləşir. Donanmanın əməliyyat məsuliyyətinə Fars körfəzi, Qırmızı dəniz, Hind okeanının bir hissəsi və regionun digər su hövzələri daxildir.

Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşma şərtlərinin pozulduğunu iddia edərək İrana genişmiqyaslı zərbələri yenidən başladıb.

Əlaqəli Xəbərlər